Luis Enrike yığmadan gedir
05.12.2022 - 16:26
Luis Enrike yığmadan gedir

İspaniya millisinin baş məşqçisi Luis Enrike postunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Qətərdə keçirilən DÇ-2022-dən sonra vəzifəsindən ayrılacaq.

Artıq onu əvəzləməyə əsas namizəd də bəllidir. İspaniya Kral Futbol Federasiyası bu vəzifəyə Marselino Toralı gətirmək niyyətindədir. O, “Sevilya”, “Valensiya”, “Vilyarreal” və “Atletik”də çalışıb.

Qeyd edək ki, Enrike 2019-cu ildən İspaniya yığmasına rəhbərlik edir.
 

0