“Luton” 31 il sonra Premyer Liqada
27.05.2023 - 23:49
“Luton” 31 il sonra Premyer Liqada

İngiltərə Premyer Liqasına vəsiqə qazanan üçüncü komandanın adına aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, pley-off mərhələsinin qalibi olan “Luton” azarkeşlərini sevindirib.

Çempionşip Liqasında 3-cü yeri tutan “Luton” əvvəlcə “Sanderlend”ə qalib gəlib, fianlda isə “Koventri”ni məğlub edib. Matçın qalibi penalti seriyası sonrası bəlli olub (1:1, pen 6:5). Bununla da, o, “Bernli” və “Şeffild Yunayted”in ardınca Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, “Luton” yüksək liqada sonuncu dəfə 1991/92 mövsümündə mübarizə aparıb.
 

0