Əlvida 1-ci yer, ümid pley-offadır – yığmamızın şansları
31.01.2020 - 10:38
Əlvida 1-ci yer, ümid pley-offadır – yığmamızın şansları

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin Litvada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə şansını itirib.

Apasport.az saytının məlumatına görə, buna elit-raundun II turunun son qarşılaşmasının nəticəsi səbəb olub.

Xorvatiyanın Slovakiyanı 3:2 hesabı ilə məğlub etməsindən sonra Azərbaycanın 1-ci yeri tutmağa nəzəri şansı da qalmayıb. Rusiya üzərində 4:3 hesablı qələbədən sonra Joze Alesio da Silvanın yetirmələri ən yaxşı halda 2-ci ola bilər.

Komandamızın taleyini fevralın 1-də aydınlıq gələcək. Həmin gün öncə Azərbaycan Slovakiyanı, ardınca Rusiya Xorvatiyanı sınağa çəkəcək. Yığmamızın neçənci yeri tutması təkcə öz oyunu deyil, həm də rəqiblərin matçının nəticəsindən asılıdır.

Slovakiyaya vurulan qollar da dəyərli olacaq…
Azərbaycan Xorvatiyada keçiriləcək elit-raundun C qrupunda 2-ci olmaq şansının yüksək olması üçün öncə Slovakiyaya qalib gəlməlidir. Çünki digər oyunda Rusiya meydan sahiblərini məğlub edə bilməsə, balkanlılar 1-ci, Azərbaycan 2-ci olacaq.

Əgər həm milli, həm də şimallılar qələbə qazansa, üç komandanın 6 xalı olacaq. Belə olan halda isə şəxsi görüşlərdəki top fərqi rol oynayacaq. Ona görə də Rusiyanın hansı hesabla qalib gəlməsi önəmlidir. Burda isə variantlar çoxdur.

1) Rusiya 1 top fərqi ilə qalib gəlir
Xorvatiya 1-ci, Rusiya 2-ci olur, Azərbaycan kənarda qalır

2) Rusiya 2 top fərqi ilə qalib gəlir
Rusiya 1-ci, Xorvatiya 2-ci olur, Azərbaycan kənarda qalır

3) Rusiya 3 top fərqi ilə qalib gəlsə də variantlar müxtəlif olur
a. 3:0 və ya 4:1 olsa
Rusiya 1-ci, Azərbaycan 2-ci olur, Xorvatiya kənarda qalır

b. 6 və daha çox qol vurub, 3 top fərqilə qalib gəlsə
Rusiya 1-ci, Xorvatiya 2-ci olur, Azərbaycan kənarda qalır

c. Əgər Rusiya 5:2 hesabı ilə qalib gəlsə
Rusiya 1-ci olur, Azərbaycanla Xorvatiyanın şəxsi oyunlardakı göstəriciləri bərabər qalır. Onda bu komandaların ümumi top fərqinə, yəni Slovakiya ilə görüşlərdəki nəticələrinə də baxılacaq. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəldiyindən, Azərbaycan ya 2 top fərqi, ya da 4 topdan çox vurmalıdır.

4) Rusiya 4 və ya daha çox top fərqi ilə qalib gəlir
Rusiya 1-ci, Azərbaycan 2-ci olur, Xorvatiya kənarda qalır

Heç-heçə ilə pley-offa…
Azərbaycan Slovakiya üzərində qələbə qazana bilməsə də, mərhələ adlaya bilər. Bunun üçün ən azı bir xal qazanılmalı və ümidlər Xorvatiyaya bağlanmalıdır. Çünki meydan sahibləri Rusiyaya uduzmasa, milli 1 xalla da 2-ci olacaq. Xal hesabı 4-ə çatacaq Azərbaycanın şəxsi oyunda qalib gəldiyi Rusiyanı qabaqlamaq üçün sonuncuların istənilən xal itkisi kifayətdir.

Yığmamız uduzsa…
Millimiz qrupun autsayderi Slovakiyaya məğlub olsa, digər qarşılaşmanın nəticəsi Azərbaycan üçün əhəmiyyətsizə çevriləcək. Düzdür, Xorvatiya Rusiyanı yensə, üç komandanın 3 xalı olacaq. Lakin Azərbaycan, Slovakiya və Rusiya eyni xala malik olsa, yığmamız 2-ci yeri tuta bilməyəcək. Çünki üç komanda arasında matçların şəxsi oyunların nəticələri millinin lehinə deyil.

1

Xorvatiya

2

2

0

0

5-2

6

2

Azərbaycan

2

1

0

1

4-5

3

3

Rusiya

2

1

0

1

10-5

3

4

Slovakiya

2

0

0

2

3-10

0

 

0
futzal Azərbaycan millisi elit-raund