[b]“Mançester Siti” arzusuna çatdı – transfer[/b]
03.07.2018 - 16:38
[b]“Mançester Siti” arzusuna çatdı – transfer[/b]

“Lester”in yarımmüdafiəçisi Riyad Marez karyerasını “Mançester Siti”də davam etdirəcək. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, əlcəzairli futbolçu bu həftə Mançesterdə tibbi müayinədən keçəcək və yeni klubu ilə müqaviləyə imza atacaq. Transferin “şəhərlilər”ə 60 milyon funt sterlinqə başa gələcəyi bildirilir.

 

“Lester”də 5 mövsüm keçirən Marez 2015-16 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilmişdi.

 

“Tülkülər”in forması ilə İPL-də ümumilikdə 139 matça çıxan 27 yaşlı oyunçu 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, “Mançester Siti” qış “transfer pəncərəsi”ndə Marezi heyətinə qatmaq istəsə də, “Lester” keçidə razılıq verməmişdi.

0