"Mançester Siti" De Bruynenin yerinə oyunçu tapıb
15.04.2024 - 12:52
"Mançester Siti" De Bruynenin yerinə oyunçu tapıb

Premyer Liqa təmsilçisi "Mançester Siti" belçikalı yarımmüdafiəçisi Kevin De Bruyneni əvəz edəcək futbolçu tapıb.

Apasport.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” hazırda İngiltərənin digər klubu “Nyukasl”da çıxış edən braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeşlə maraqlanır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 85 milyon avro olaraq qiymətləndirir. Lakin klub rəhbərliyi daha artığını ödəməyə hazırdır. "Mançester Siti" ilə yanaşı PSJ də futbolçunu heyətinə qatmaqda israrlıdır. 

26 yaşlı futbolçu “Nyukasl” ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
 

0