[b]“Mançester Siti”dən 5 ilik müqavilə
[/b]
11.07.2018 - 01:39
Riyad Mahrezin “Mançester Siti”yə keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubu açıqlayıb.
Mançesterlilər “Lester”dən transfer olunan 27 yaşlı əlcəzairli hücumçu ilə 5 illik anlaşıb. Afrikalı yeni klubunda 26 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Mahrez 2014-cü ildən “Lester”in formasını geyinirdi.
0
0