[b]"Mançester Siti"dən növbəti həmlə[/b]
04.07.2018 - 10:05
[b]"Mançester Siti"dən növbəti həmlə[/b]

“Napoli”nin yarımmüdafiəçisi Jorjinyonun “Mançester Siti”yə keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, İtaliya millisinin üzvünün transferi “şəhərlilər”ə 49 milyon avroya başa gələcək.

 

Jorjinyonun növbəti həftənin bazar ertəsinə qədər rəsmən “Mançester Siti”nin futbolçusu olacağı gözlənilir. Sözügedən tarixdə İngiltərə Premyer Liqasının son çempionu yeni mövsüm hazırlıqlarına başlayacaq.

 

26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Mançester Siti"nin Riyad Mahrezlə də anlaşdığına dair xəbər yayılıb.