"Mançester Siti"nin idman direktoru 12 il sonra klubdan ayrılır
09.10.2024 - 09:35
"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb.
İspan funksioner mövsümün sonunda Premyer Liqa klubunu tərk edəcək.
60 yaşlı klub rəsmisi öz istəyi ilə postunu tərk edəcək. Klub rəhbərliyi artıq onun ayrılıq istəyini qəbul edib.
Qeyd edək ki, Çiki Beqiristayn 2012-ci ilin oktyabr ayından "Mançester Siti"nin idman direktoru vəzifəsini icra edib. O, daha öncə "Barselona"da eyni postu tutub.
- Klopp Almaniya iddialarına münasibət bildirdi - “İndi yeri deyil”
- İssa Diop Mərakeşə "həyat verdi" - Matçın oyunçusu seçildi
- Mərakeş Kanadaya rəqib oldu - 1/8 finalın ilk matçı
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
0
0