“Mançester Yunayted” 40 milyona müdafiəçi ala bilər
24.04.2024 - 13:36
“Mançester Yunayted” 40 milyona  müdafiəçi ala bilər

Bundesliqa təmsilçisi “Leypsik”in müdafiəçisi Kastello Lukeba karyerasını İngiltərədə davam etdirə bilər. 

Apasport.az “Deadline Day Live”a istinadən xəbər verir ki, "Mançester Yunayted" fransız futbolçu ilə maraqlanır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Müdafiəçinin hazırkı klubla müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. 

Qeyd edək ki, Almaniya çempionatının bu mövsümündə Lukeba 28 matçda iştirak edib, 1 qol vurub.

0