"Mançester Yunayted" Erik ten Haqla yollarını ayırıb - Rəsmi
28.10.2024 - 16:04
Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" baş məşqçisi ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi bu mövsüm 9 oyunda 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə yadda qalan Erik ten Haqla vidalaşıb.
Bildirilib ki, hollandiyalı çalışdırıcının yerinə müvəqqəti məşqçi vəzifəsini Ruud van Nistelroy yerinə yetirəcək.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən "Mançetser Yunayted"də çalışırdı.
- Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
0
0