[b]"Mançester Yunayted"dən İtaliya A seriyasına[/b]
30.07.2018 - 13:22
[b]"Mançester Yunayted"dən İtaliya A seriyasına[/b]

“Mançester Yunayted”in müdafiəçisi Matteo Darmian karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, “Napoli” italiyalı futbolçunu satın almaq şərti ilə birlikdə bir il müddətinə icarəyə götürməyi planlaşdırır.

 

Klub prezidenti Aurelio De Laurentis bu barədə açıqlama verib.

 

Daha öncə MOİK-in müdafiəçisi Mario Fernandesin də adı “Napoli” ilə birgə hallanırdı