“Mançester Yunayted”in arzusu
06.06.2023 - 14:44
“Mançester Yunayted”in arzusu

“Mançester Yunayted” heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi “Bavariya”dan Leon Qoretskaya elçi düşüb.

“Qırmızı şeytanlar” son Almaniya çempionunun 28 yaşlı yarımmüdafiəçisini heyətə cəlb etmək üçün danışıqlara başlayıb.

Almaniya millisinin də şərəfini qoruyan futbolçunun komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır. İngiltərənin başqa bir təmsilçisi olan “Vest Hem”dən Deklan Raysı heyətə cəlb etmək istəyən Münhen klubu bu transferdən sonra Leonla yolları ayırmağı planlaşdırır. 

Qeyd edək ki, 2018-ci ildən “Bavariya”nın şərəfini qoruyan Qoretska son mövsümdə 40 matçda iştirak edərək, 6 qol və 6 assistlə yadda qalıb.

0