“Mançester Yunayted”in futbolçusu “Totenhem”ə keçə bilər 
18.04.2024 - 12:56
“Mançester Yunayted”in futbolçusu “Totenhem”ə keçə bilər 

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial karyerasını “Totenhem”də davam etdirə bilər.

Apasport.az “Teamtalk”a istinadən xəbər verir ki, “Totenhem” rəhbərliyi yayda Marsialı azad agent kimi almağa çalışacaq. 

Mənbənin məlumatına görə, Antoninin transferində London klubundan başqa, "Yuventus" və "İnter" də maraqlıdır. 

Qeyd edək ki, Marsial Premyer Liqanın cari mövsümündə 13 oyun keçirib, 1 qol vurub. 

0