[b]Marez "Çelsi" ilə oyunda meydana çıxa biləcək[/b]
30.07.2018 - 18:29
[b]Marez "Çelsi" ilə oyunda meydana çıxa biləcək[/b]

“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Marez əlaqədar tibbi müayinədən keçib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, əlcəzairli futbolçunun zədəsinin ciddi olmadığı məlum olub.

 

Beləliklə, Marez “Mançester Siti”nin “Çelsi” ilə oynayacağı Superkubok matçında meydana çıxa biləcək.

 

27 yaşlı oyunçu Beynəlxalq Çempionlar Kuboku çərçivəsində “Bavariya” ilə oynanılan matçda (3:2) topuğundan zədə almışdı.

 

Qeyd edək ki, “Mançester Siti” və “Çelsi”nin arasında oynanılacaq və İngiltərə Superkubokunun sahibini müəyyənləşdirəcək görüş avqustun 5-də keçiriləcək.