[b]Mbappe üzr istədi[/b]
11.07.2018 - 10:52
[b]Mbappe üzr istədi[/b]

Fransa millisinin hücumçusu Kilian Mbappe Belçika ilə oyundan (1:0) sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu Belçikaya qarşı ən yaxşı futbollarını oynadıqlarını deyib.

 

“Turnirdəki ən çətin matçımız idi. Belçikanın fərqli taktikası var. Çox yaxşı oyunçulara sahibdilər. Onlara qarşı oynamaq çətindi. Bizə gəlincə, bu gün ən yaxşı oyunumuzu ortaya qoyduq. Xoşbəxtik” – deyə, o bildirib.

 

Mbappe simulyasiya etməsi ilə bağlı iradlara da cavab verib: “Simulyasiya etməyimlə bağlı tənqidlər? Hər kəs istədiyini düşünməkdə azaddı. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”.