Kilian Mbappenin PSJ-dəki qazancı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu ilin yayında Paris klubu ilə yeni 3 illik müqavilə imzalayan ulduz futbolçu buna görə, yarım milyard avrodan çox gəlir əldə edəcək.
24 yaşlı hücumçu imza pulu olaraq 180 milyon avro qazanıb. Fransızlar bu məbləği 3 dəfəyə ödəyib. Bundan başqa Mbappe hər il sadiqlik pul alacaq. Bu, ilk ilində 70 milyon, ikinci mövsümündə 80 milyon, müqavilənin sonuncu ilində isə 90 milyon avro büdcəsinə əlavə edəcək. Bütün bunların fonunda sözləşmədə performansla bağlı əlavə bonus maddəsi yoxdur.
Bir sözlə, Mbappe anlaşmasının sonuna qədər PSJ-də qalsa, maaşı ilə birlikdə 3 il ərzində ümumilikdə 630 milyon avro qazanacaq. Bu isə PSJ-nin büdcəsinin 1/4-dir.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA