[b]“Məğlubiyyətə layiq idik” - Ramil Şeydayev[/b]
05.06.2018 - 21:36
“Açığı bu cür oyun gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev deyib.
Hücumçu Qazaxıstanla oynanılan və millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşan matçdan sonra fikirlərini bölüşüb: “Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.
Mənbə: affa.az
0
0