Mərakeş millisi Misiri darmadağın edərək olimpiya 3-cüsü olub
08.08.2024 - 20:59
Mərakeş millisi Misiri darmadağın edərək olimpiya 3-cüsü olub

Paris Yay Olimpiya Oyunlarında futbol yarışları davam edir.

Apasport.az xəbər verir ki, Olimpiadanın bürünc medalı uğrunda görüşdə Misir və Mərakeş milliləri üz-üzə gəlib. 

Rəqibini 0:6 hesabı ilə darmadağın edən Mərakeş millisi Yay Olimpiya Oyunlarında 3-cü yeri tutub.

Qolları Əşrəf Hakimi, Bilal Əl Xannos, Əkrəm Nakaç, Abdessamed Ezzalzouli və Sofian Rahimi vurublar.

Qeyd edək ki, final görüşü sabah ev sahibi Fransa və İspaniya milliləri arasında keçiriləcək.

0