Messi: “Belə şəraitdə oynamaq çətindir” - FOTO
11.10.2024 - 13:57
Messi: “Belə şəraitdə oynamaq çətindir” - FOTO

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Venesuelaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, kapitan meydançanın durumundan narazı olduğunu dilə gətirib:

“İyrənc oyun idi. Meydanda su yığılırdı və ardıcıl ötürmə etmək olmurdu. Belə şəraitdə oynamaq çətindir”.

Qeyd edək ki, güclü yağış səbəbindən oyun 15 dəqiqə gec başlayıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

0