"Atletiko"nun ev oyunlarını keçirdiyi "Metropolitano" stadionunun adı dəyişdirilib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi Səudiyyə Ərəbistanının "Riyad Eyr" şirkəti ilə anlaşıb.
Tərəflər əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Atletiko"nun stadionu şirkətin adını daşıyacaq. Arena bundan sonra "Riyad Eyr Metropolitano" adlanacaq. 2033-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. "Atletiko"nun bu anlaşmadan ümumilikdə 300 milyon avro gəlir əldə edəcəyi bildirilir.
Qeyd edək ki, "Metropolitano" stadionu 2017-ci ildə istifadəyə verilib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI