Messinin PSJ erası bitdi
03.06.2023 - 21:37
Messinin PSJ erası bitdi

Argentinalı ulduz Lionel Messinin PSJ-ni tərk edəcəyi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, Paris klubu bu barədə məlumat yayıb.

“Leo Messinin Fransa paytaxtındakı ikiillik macərası sona çatır. “Qızıl top” mükafatının 7 qat qalibinə uğurlar arzulayırıq”, deyə klubun açıqlamasında deyilir.

Komandadan gedəcəyi gözlənilən Messi PSJ-nin heyətində iki dəfə Fransa çempionatının qalibi olub. Onun karyerasını harada davam etdirəcəyi böyük sual doğurur. Argentinalı futbolçu ABŞ, Səudiyyə Ərəbistanı və ya “Barselona”ya dönüş variantlarından birini seçəcək. 

Qeyd edək ki, klub dünən Serxio Ramosla yolların ayırması xəbərini yaymışdı.


 

0