[b]Meza Kolli “Keşlə”dən gedir?[/b]
24.07.2018 - 16:17
[b]Meza Kolli “Keşlə”dən gedir?[/b]

Avropa Liqasında uğursuzluğa düçar olan “Keşlə” aparıcı futbolçusu Sezar Meza Kolli ilə yollarını ayıra bilər. Bu barədə apasport.az saytına məlumatı Paraqvay əsilli yarımmüdafiəçi özü verib.

 

O bildirib ki, hazırda Avropanın başqa ölkəsindən təklif alıb. Lakin 27 yaşlı futbolçu gələcək taleyi ilə bağlı yekun qərarı hələ verməyib. Pleymeyker “Keşlə” rəhbərliyi ilə görüşdükdən sonra hər şeyə aydınlıq gələcəyini söyləyib: “İlk növbəti “Keşlə” rəhbərliyi ilə görüşəcəyik. İndidən konkret nəsə demək olmaz”.

 

Qeyd edək ki, bu ilin yanvarında “Keşlə”yə keçən Sezar Meza Kolli yay fasiləsində yeni 1 illik müqaviləyə razılıq vermişdi.

 

0