"Sportinq"in hücumçusu Konrad Harder karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Milan" danimarkalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Portuqaliya klubu "Milan"ın 20 yaşlı forvard üçün göndərdiyi 24+3 milyon avroluq təklifini qəbul edib.
Qeyd edək ki, "Sportinq" Konrad Harderi ötən ilin yayında "Norşellan"dan transfer edib. Danimarka U-21 millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”