"Milan" Pioli ilə yolları ayırdı
24.05.2024 - 12:59
"Milan" Pioli ilə yolları ayırdı

Seriya A təmsilçilərindən "Milan"ın baş məşqçisi Stefano Pioli gələn mövsüm komandada işləməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytında məlumat yayıb.

Pioli komandadan ayrılmazdan əvvəl vida matçını "Salernitana"ya qarşı keçirəcək.

Daha əvvəl bildirilmişdi ki, "Milan"ın yeni baş məşqçisi portuqaliyalı Paulo Fonseka olacaq.

Xatırladaq ki, Pioli 2019-cu ilin yayında “Milan”ı çalışdırırdı. 

 

0