[b]“Milan” Qattuzonu qovur[/b]
18.07.2018 - 12:18
[b]“Milan” Qattuzonu  qovur[/b]

“Milan”ın yeni sahibi klubda köklü dəyişikliklər etməyi planlaşdırır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, kluba himayədarlıq edən ABŞ şirkəti ilk olaraq məşqçilər korpusunu dəyişəcək.

 

Rəhbərlik komandanın baş məşqçi postuna “Çelsi”dən ayrılan Antonio Konteni gətirmək istəyir. Əgər italiyalı mütəxəssislə razılıq əldə olunsa, hazırkı baş məşqçi Cennaro Qattuzo vəzifəsindən qovulacaq. “Rossonyerlər” həmçinin “Çelsi”nin hücumçusu Alvaro Moratanı da qaytarmaq niyyətindədi.

 

Qeyd edək ki, Antonio Konte yenicə “Çelsi” ilə yollarını ayırıb və hazırda işsizdi.

0