[b]“Milan” Qattuzoya əvəzləyici tapıb: İllik 6 milyon avro[/b]
29.07.2018 - 16:05
Cennaro Qattuzo ilə yolları ayırmağa hazırlaşan “Milan” artıq ona əvəzləyici də tapıb. Apasport.az saytının məlumatına görə, “rassionerilər” Antonio Konteyə dəvət göndərib.
“Çelsi”dən qarşılıqlı razılıq əsasında ayrılan italiyalı mütəxəssisə 3 illik müqavilə təklif olunub. O, təklifi qəbul etsə, ilinə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, London klubunun 2021-ci ildə başa çatacaq müqaviləsini birtərəfli qaydada pozduğu üçün Konte məhkəməyə müraciət edərək “Çelsi”dən 9 milyon funt təzminat tələb etmişdi.
0
0