“Milan”da AYRILIQ
31.05.2023 - 17:07
“Milan”da AYRILIQ

“Milan”ın qapıçısı Çiprian Tataruşanu komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper yayda İtaliya klubundan ayrılacaq.

Müqaviləsi başa çatacaq futbolçu azad agent statusu alacaq. Onun xidmətində “Kalyari” maraqlıdır.

Qeyd edək ki, Tataruşanu 2020-ci ilin sentyabrında “Lion”dan “Milan”a keçib. 
 

0