[b]“Milan”ın hücumçusu “Atletiko”da[/b]
06.07.2018 - 15:23
“Atletiko” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Madrid təmsilçisi “Milan”ın hücumçusu Nikola Kaliniçlə anlaşıb.
Klublar arasında aparılan danışıqlar da müsbət nəticə verib. Xorvatiya millisinin üzvü “Atletiko”nu “Valensiya”ya dəyişməyə hazırlaşan Kevin Qameyronu əvəz edəcək. “Valensiya” isə Simone Zazanın “Yuventus”a keçidinə razılıq verəcək.
Qeyd edək ki, Nikola Kaliniç “Milan”a ötən il “Fiorentina”dan 29 milyon avroya transfer olunmuşdu.
0
0