Milinkoviç-Saviç “Yuventus”un bir addımlığında
31.05.2023 - 15:50
Milinkoviç-Saviç “Yuventus”un bir addımlığında

“Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin “Yuventus”a keçəcəyi gözlənilir.

Turin klubu 28 yaşlı serbiyalını heyətinə qatmağa yaxındır. Sergeyin xidmətində “Liverpul” da maraqlıdır.

Qeyd edək ki, Milinkoviç-Saviç mövsümün 46 oyununda 11 qol vurub.

0