[b]Milli üzvü 90 dəqiqə oynadı, komandası qələbə qazandı[/b]
28.07.2018 - 22:28
Ukrayna Premyer Liqasında II tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası “Aleksandriya” turun açılış matçında “Zarya”nı qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yevgeni Banadanın 85-ci dəqiqədə yeganə qola imza atdığı qarşılaşmanı Paşayev əvəzedilmədən keçirib.
Qeyd edək ki, bununla “Aleksandriya” Premyer Liqada ardıcıl 2-ci qələbəsini qazanıb.
0
0