“Qarabağ”la yollarını ayıran müdafiəçi Elvin Yunuszadə hələ də özünə yeni klub tapa bilməyib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçunun “Keşlə”yə keçidi gözlənilirdi.
Azərbaycan kubokunu qazanaraq Avropa Liqasına vəsiqə əldə edən paytaxt təmsilçisi milli komandamızın üzvünün xidmətində maraqlı idi. Bunun üçün Yunuszadə ilə danışıqlara da start verilmişdi. Lakin bakılıların təklifi ilə futbolçunun tələbləri üst-üstə düşməyib. Maliyyə məsələsində razılıq əldə olunmadığından, “Keşlə” transferdən imtina edib.
Qeyd edək ki, Elvin Yunuszadə 2015-ci ilin yayından bəri “Qarabağ”ın formasını geyinib.