Millimiz Niderlandla eyni qrupda
08.12.2022 - 13:03
Millimiz Niderlandla eyni qrupda

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığmamız Niderland, Bosniya və Herseqovina və Lüksemburqla birlikdə 11-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn il noyabrın 15-21-də Lüksemburqda keçiriləcək.

Qeyd edək ki, çempionatın final mərhələsi 2024-cü ildə Şimali İrlandiyada təşkil olunacaq.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...