[b]Millimiz qələbəni əldən verdi - YENİLƏNİB[/b]
04.06.2018 - 14:54
[b]Millimiz qələbəni əldən verdi - YENİLƏNİB[/b]

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri yoldaşlıq oyununda qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gəliblər.

 

Millimizin "sükanı arxası"nda hələ qələbə sevinci yaşamayan çalışdırıcı səfərdə bu tilsimi qıra bilməyib. Halbuki gənclərimiz buna çox yaxın olublar. Belə ki, Sərtan Taşkın 34-cü dəqiqədə hesabı açıb. Qazaxlar yalnız son dəqiqələrdə penalti qolu sayəsində məğlubiyyətdən qaçıblar.

 

Qeyd edək ki, millimiz 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə qarşılaşacaq.

 

Yoldaşlıq oyunu

4 iyun

 

Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1

Qollar: Aybol Abiken, 81 (pen.) - Sərtan Taşkın, 34

Hakimlər: Dmitri Muntian, Andrey Bodian, Viktor Mardari, Aleksandr Tian (hamısı Moldova)

Qazaxıstan: Timurbek Zakirov, Cahangir Hocamov, Aybol Abiken, Karam Sultanov, Saqadat Tursınbay, Kuanış Kalmuratov, Samat Şamşi, Yuri Pertsux, Rinat Cumatov, İvan Antipov, Didar Jalmukan (k)

Ehtiyat oyunçular: Bekhan Şayzada, Danil Podimski, Ediqe Oralbay, Serikcan Abjal, Danabek Kuanışbay, Naurızbek Jaqorov, Bekzat Şadmanov, Oleq Çeprasov, Ruslan Alimbayev, Sultan Abilqazı, Oralxan Omirtayev

Baş məşqçi: Talqat Baysufinov

Azərbaycan: Kamran İbrahimov, Sərtan Taşkın, Bəhlul Mustafazadə (k), Anton Krivotsyuk, Qismət Alıyev, Ziya Əzizov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Ozan Can Kökcü, Fərid Nəbiyev, Ehtiram Şahverdiyev

Ehtiyat oyunçular: Abdulla Seyidəhmədov, Hüseynəli Quliyev, Rüstəm Nuriyev, Elvin Sərkərov, Şakir Seyidov, Fəhmin Muradbəyli, İlkin Muradov, Murad Mahmudov, Renat Dadaşov, Tural Bayramov, Amin Seydiyev, Ömər Buludov

Baş məşqçi: Rəşad Sadıqov