17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məşqçilər korpusu heyətə 29 futbolçu dəvət edib.
U-17 yığmamız iyulun 7-də və 10-da İranın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama görüşü keçirəcək.
U-17-nin heyəti: Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Ramin Məhərrəmov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Mehmet Ali Sərin, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Qurban Məhərrəmov, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), İlahi Quliyev, Samir Qasımov (hər ikisi “Zirə”), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”), Eldar Tağızadə (“Market Neurofutbol”, İspaniya), Nemət Musayev (“Kəpəz”), Abubəkir İbragimov (“Mahaçqala”, Rusiya), Tuqay Əlizadə (“Şaxtyor”, Donetsk, Ukrayna), Nurlan Quseynov (“Ximki”, Rusiya), Rauf Nahov (“Sokol”, Rusiya), Emil Quluzadə (“Vətən”), Elçin Qasımov (“Turan Tovuz”).