[b]Millimizin müdafiəçisi Türkiyə klubunda[/b]
30.07.2018 - 09:45
Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak özünə yeni komanda tapıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçu “Boluspor”la anlaşıb.
Ötən mövsümün sonunda “Samsunspor”la yollarını ayıran Ufukun keçidi Bolu təmsilçisinə havayı başa gəlib. O, I liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolun sirlərini Almaniyada öyrənən Ufuk Budakın peşəkar karyerası Türkiyə klubları ilə bağlıdı.
0
0