Əməliyyat olundu - İbrahimoviç
19.06.2021 - 00:00
Əməliyyat olundu - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç əməliyyat edilib.

Apasport.az saytının məlumatına görə, buna səbəb 40 yaşlı forvardın sol dizindəki zədə olub.

A seriyası təmsilçisi isveçli ulduz futbolçunun bərpa müddəti barədə açıqlama verməyib. Ancaq onun avqustun ortalarında sıraya dönməsi gözlənilir.

Qeyd edək ki, Zlatan İbrahimoviç məhz zədə səbəbindən AVRO-2020-ni buraxır.