Əməliyyat olundu – David Volkov
02.06.2021 - 15:23
Əməliyyat olundu – David Volkov

“Zirə”nin futbolçusu David Volkov cərrahiyə əməliyyatı olunub. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, gürcüstanlı hücumçu İstanbulda çiynindən artroskopik əməliyyat keçirib.

Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, futbolçu bir gün öncə “Zirə” ilə yeni 1 illik müqavilə imzalayıb.