[b]Modriç "Real"ı İtaliya klubuna dəyişə bilər[/b]
01.08.2018 - 10:35
[b]Modriç "Real"ı İtaliya klubuna dəyişə bilər[/b]

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, “İnter” Rusiyada keçirilən dünya çempionatının ən yaxşı oyunçusu üçün “Real”la transfer danışıqlarına başlayıb.

 

Modriçinin özünün də danışıqlara müsbət yanaşdığı bildirilir. 33 yaşlı futbolçunun Xorvatiya yığmasındakı komanda yoldaşları – İvan Perişiç və Marçelo Brozoviçin “İnter”də oynaması, Şime Vrsalkonun isə “neradzurrilər”ə keçməyə yaxın olması transferin baş tutmasına yardımçı ola bilər.

 

Qeyd edək ki, “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalın da adı “İnter”lə birgə hallanır.