Möhtəşəm gecənin qalibi – dəqiq hesabla 16 minlik UDUŞ
27.06.2022 - 00:00
Möhtəşəm gecənin qalibi – dəqiq hesabla 16 minlik UDUŞ

Mərc oyunları tarixi ağlasığmaz qoyuluşlarla zəngindir.

Apasport.az saytının məlumatına görə, 2017-ci il martın 8-i tarixi təkcə Çempionlar Liqasının tarixinə deyil, Münhen sakinlərindən birinin də həyatına həkk olunub.

Həmin gün “Barselona” mümkünsüzü reallaşdırıb səfərdə 4 cavabsız qol buraxdığı PSJ-ni 6:1 hesabı ilə darmadağın edib. Bu, tarixin ən böyük kambeklərindən sayılır.

1/8 finalın paralel keçən görüşündə də qol şousu olub. Dortmund “Borussiya”sı möhtəşəm gecədə “Benfika”ya divan tutub – 4:0.

Amma ən böyük şou nə Barselonada, nə də Dortmundda deyilmiş. Hər iki matçın dəqiq hesabını tapan Münhen sakininin evində əsl bayram şənliyi yaşanıb.

840 əmsallıq kupona 20 avro qoyan almaniyalı 16 minə yaxın pul qazanıb. Amma unikal nəticələri tapan xoşbəxt adının açıqlanmasını istəməyib.


 

0