Hücum xəttində alternativ variantlar axtaran "Fənərbaxça" Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Nəsr"in futbolçusu ilə maraqlanır.
Apasport.az xəbər verir ki, İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo Taliskanı komandaya cəlb etmək istəyir.
İddialara görə, "Fənərbaxça"nın idman direktoru Mario Branko 30 yaşlı braziliyalı ulduzla əlaqə saxlayır və vaxtaşırı fikir mübadiləsi aparır.
Xatırladaq ki, "sarı-göylülər" daha öncə də futbolçunu transfer etmək istəyirdi.
Ulduz futbolçu tam maaşını - 12 milyon avro alacağı təqdirdə İstanbul klubuna keçə biləcəyini söyləyib.
Kriştiano Ronaldonun komanda yoldaşı bu mövsüm "Əl-Nəsr"in heyətində 17 oyun keçirib, 8 qolla yadda qalıb.