[b]Mourinyonun yerinə Zidan[/b]
01.08.2018 - 16:04
[b]Mourinyonun yerinə Zidan[/b]

“Real”ın sabiq baş məşqçisi Zinədin Zidan karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “The Sun”a istinadən məlumatına görə, “Mançester Yunayted” Joze Mourinyonun postuna fransız mütəxəssisi dəvət etməyi planlaşdırır.

 

Zidan 2016-2018-ci illər aralığında “Real”ı çalışdırıb. Onun rəhbərliyi altında komanda bir dəfə İspaniya La Liqasının, üç dəfə isə Çempionlar Liqasının qalibi olub.

 

Qeyd edək ki, Joze Mourinyonun “Mançester Yunayted”lə olan müqaviləsi 2019-cu ilin yayında bitir. 54 yaşlı çalışdırıcı 2016-cı ildən etibarən “qırmızı şeytanlar”ın başındadı. Mourinyo bu müddət ərzində “Mançester Yunayted”ə Avropa Liqasını, İngiltərə Superkuboku və Liqa kubokunu qazandırıb.