Moyes 11 ildən sonra "Everton"a qayıda bilər
03.09.2024 - 12:47
Premyer Liqada yeni mövsümə zəif başlayan "Everton" baş məşqçisi ilə yollarını ayıra bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Şon Dayş zəif nəticələrə görə qovula bilər.
Bu halda "Everton" Devid Moyesə müraciət edəcək.
Moyes daha əvvəl 2002-2013-cü illərdə uzun müddət “Everton”u çalışdırıb.
Şotlandiyalı ötən mövsümün sonunda “Vest Hem”dən ayrılıb. Təcrübəli mütəxəssis hazırda işsizdir.
Qeyd edək ki, Şon Dayşın komandası 3 turdan sonra 0 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0