Əmrə Can “Borussiya”ya keçir?
21.01.2020 - 11:24
İtaliyanın “Yuventus” klubunun futbolçusu Əmrə Can karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Dortmund “Borussiya” klubunun maraq dairəsinə düşüb.
Bundesliqa təmsilçisi 26 yaşlı türk əsilli almaniyalını qış fasiləsində heyətinə qatmaq istəyir. Dortmundulular keçidlə bağlı danışıqlara da start verib. Lakin Əmrə “Milan”, “Everton”, “Mançester Yunayted”, “Barselona” və PSJ-nin də transfer siyahısında yer alıb.
Qeyd edək ki, Can 2018-ci ildə “Liverpul”dan “Yuventus”a azad agent kimi keçib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0