[b]“Mundialdan sonra qərar verəcəm” - Kurtua “Real”a keçir?[/b]
08.07.2018 - 13:23
“Çelsi”nin qapıçısı Tibo Kurtua karyerasını “Real”da davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qolkiper bununla bağlı yekun qərarını vermədiyini söyləyib.
Kurtua dünya çempionatından sonra bu barədə düşünəcəyini deyib: “Gələcək taleyim? İndi yalnız dünya çempionatına köklənmişəm. Mundialdan 8-10 gün sonra gələcəyimlə bağlı qərarımı bildirəcəm”.
Qeyd edək ki, Belçika yığması dünya çempionatının yarımfinal mərhələsində Fransa ilə qarşılaşacaq.
0
0