Ən çox futbolçu yetişdirən klublar - SİYAHI
19.11.2020 - 12:43
Ən çox futbolçu yetişdirən klublar - SİYAHI

Avropada ən çox futbolçu yetişdirən klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası hazırda yüksək liqalarda ən çox yetirməsi çıxış edən komandalarla bağlı araşdırma aparıb.

Serbiya təmsilçisi “Partizan” bu baxımdan zirvədə qərarlaşıb. Bu klubun 85 kəşfi müxtəlif ölkələrin elitasında karyerasını davam etdirir. “Ayaks”la (Niderland) Zaqreb “Dinamo”su (Xorvatiya) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

“Böyük beşlik” ölkə klublarından yalnız İspaniya çempionu “Real” ilk “10-luğ”a düşə bilib. Maraqlıdır ki, Serbiyanın 3, Ukrayna və Xorvatiyanın isə 2 klubu ən yaxşı 10 komanda arasındadır.

İlk “10-luq”
1. “Partizan” (Serbiya) - 85
2. “Ayaks" (Niderland) - 77
3. “Dinamo” (Zaqreb, Xorvatiya) - 71
4. “Dinamo” (Kiyev, Ukrayna) - 69
5. “Şaxtyor” (Ukrayna) - 67
6. “Real” (İspaniya) - 63
7. “Srvena Zvezda” (Serbiya) - 61
8. “Hayduk” (Split, Xorvatiya) - 57
9. “Sportinq” (Portuqaliya) - 56
10. “Voyvodina” (Serbiya) – 55

0