Ən çox kimin forması satılıb? - araşdırma
30.01.2022 - 23:18
Ən çox kimin forması satılıb? - araşdırma

2021-ci ildə ən çox forma satan Avropa klubların siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, FİFA-nın sertifikatına malik “Euromerica Sport Marketing” araşdırmaların nəticələrini açıqlayıb.

Ötən il ən çox futbolka satan komanda “Bavariya” olub. “Real” ikinci, “Liverpul” üçüncü yeri tutub.

“Top-10”da İngiltərənin 4, İspaniya və Almaniyanın hərəsinin 2, Fransa və İtaliyanın hərəsinin 1 klubu yer alıb.

1. “Bavariya” – 3,25 milyon
2. “Real” – 3,05 milyon
3. “Liverpul” – 2,45 milyon
4. “Mançester Yunayted” – 1,95 milyon
5. “Yuventus” – 1,42 milyon
6. “Barselona” – 1,34 milyon
7. “Çelsi” – 1,31 milyon
8. “Borussiya” D – 1,222 milyon
9. PSJ – 1,18 milyon
10. “Mançester Siti” – 1,087 milyon