Ardıcıl mövsümlərdə qol vurmaq həm qolçuluq bacarığı, həm də stabil karyera tələb edir.
Apasport.az saytının məlumatına görə, buna nail olan elə də çox futbolçu yoxdur.
Ancaq XXI əsrdə bəzi oyunçular bu unikal göstəriciyə imza atmağı bacarıb. Hazırda “Betis”in kapitanlığını edən Xoakin bu əsrdəki bütün mövsümlərdə fərqlənən yeganə futbolçudur. Bu da ardıcıl 20 mövsüm deməkdir. Onu “Yuventus”un hücumçusu Kriştiano Ronaldo izləyirsə, 3-cü yerə şərik çoxdur.
XXI əsrdə ən çox mövsümdə qol vuranlar:
1. Xoakin - 20 mövsüm
Debüt qolu: 2001/02 mövsümü
2. Kriştiano Ronaldo - 18 mövsüm
Debüt qolu: 2002/03
3. Lionel Messi - 17 mövsüm
Debüt qolu: 2004/05
4. Frank Riberi - 17 mövsüm
Debüt qolu: 2004/05
5. Serxio Ramos - 17 mövsüm
Debüt qolu: 2004/05
6. Fernando Lyorente - 17 mövsüm
Debüt qolu: 2004/05
7. Cimmi Briand - 17 mövsüm
Debüt qolu: 2003/04
8. Ceyms Milner - 17 mövsüm
Debüt qolu: 2002/03