Ən çox qol şansı yaradan yarımmüdafiəçilər
28.03.2022 - 12:36
Ən çox qol şansı yaradan yarımmüdafiəçilər

“Böyük beşlik” ölkələrində ən çox qol şansı yaradan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya yalnız yarımmüdafiəçilər daxil ediliblər.

“Mançester Siti”nin hücumameylli oyunçusu Bernardo Silva cədvələ başçılıq edir. Portuqaliyalı bu mövsüm Premyer Liqada 17 qol şansı yaradıb. Onu 16 qol imkanı ilə “Lans”lı Seko Fofana izləyib. İlk “üçlük”dəki son yeri “Mançester Siti”nin digər orta sahə oyunçusu Kevin De Bruyne və “Roma”lı Henrik Mxitaryan (14) bölüşüb.

“İnter”in yarımmüdafiəçiləri Nikolo Barelya ilə Hakan Çalhanoğlu hərəyə 12 qol şansı yaratmaqla, 5-ci pilləyə şərikdirlər.

0