[b]“Napoli”dən iki transfer[/b]
06.07.2018 - 00:27
[b]“Napoli”dən iki transfer[/b]

Pepe Reynanın “Milan”a keçidindən sonra qapıçı axtarışında olan “Napoli” istəyinə çatıb. Apasport.az saytının məlumatına görə, Neapol klubu eyni zamanda iki “çərçivə qoruyucusu”nun keçidini açıqlayıb.

 

Klubdan verilən rəsmi açıqlamada Aleks Meret və Orestis Karnezislə anlaşma əldə edildiyi bildirilib.

 

Qeyd edək ki, hər iki oyunçu müqavilə ilə “Udineze”yə məxsus olsa da, 21 yaşlı Meret son mövsümü SPAL-da, 32 yaşlı Karnezis isə “Uotford”da keçirib.

0