Holland futbolçu addım-addım “Qalatasaray”a
19.01.2026 - 14:19
Holland futbolçu addım-addım “Qalatasaray”a

“Napoli”nin futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Qalatasaray” hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

26 yaşlı vinger İstanbul klubunda oynamağa razılıq verib və hazırda klublar arasında danışıqlar davam edir.

“Qalatasaray” Lanqı icarəyə götürmək niyyətindədir.

Niderland yığmasının da üzvü olan vinger bu mövsüm 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.